Yeni xəbərlər burada görünəcək.

RUSİYA DÖVLƏT KANALINDA AZƏRBAYCANA QARŞI NÖVBƏTİ QALMAQAL

Leqal xəbər məlumat verir ki, Rusiyalı aparıcı və təbliğatçı Vladimir Solovyov “Rossiya 1” kanalında yayımlanan verilişdə Qarabağ və Gəncəsər mövzusu ilə bağlı səsləndirdiyi fikirlərlə yenidən narazılıq yaradıb. Veriliş zamanı o, Qarabağla bağlı köhnə erməni tezislərini təkrarlayıb və Gəncəsər

6 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Rusiyalı aparıcı və təbliğatçı Vladimir Solovyov “Rossiya 1” kanalında yayımlanan verilişdə Qarabağ və Gəncəsər mövzusu ilə bağlı səsləndirdiyi fikirlərlə yenidən narazılıq yaradıb. Veriliş zamanı o, Qarabağla bağlı köhnə erməni tezislərini təkrarlayıb və Gəncəsər monastırını “erməni məbədi” kimi təqdim edib.
Azərbaycan tərəfi və sosial şəbəkə istifadəçiləri isə bu fikirlərin tarixi faktlarla ziddiyyət təşkil etdiyini bildirirlər. Qeyd olunur ki, Gəncəsər monastırının tarixində Qafqaz Albaniyası və Alban katolikosluğu ilə bağlı faktlar açıq şəkildə yer alır.
Paylaşımlarda vurğulanır ki, Qarabağ Azərbaycanın suveren ərazisidir və bu cür açıqlamalar Azərbaycana qarşı hörmətsizlik kimi qiymətləndirilir. Mövzu sosial şəbəkələrdə geniş müzakirə olunur.
Xəbəri paylaş Dostlarınıza göndərin