Yeni xəbərlər burada görünəcək.

Rusiya müharibədə Azərbaycana təziq edib

Leqal xəbər məlumat verir ki, Ermənistanın keçmiş prezidenti Robert Kocharyan növbəti müsahibəsində yenidən qalmaqallı iddialarla çıxış edib. Koçaryan bildirib ki, 44 günlük müharibə zamanı Rusiya həm Azərbaycana təzyiq göstərib, həm də Ermənistanı dəstəkləyib. Onun fikrincə, Paşinyanın “Rusiya

23 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Ermənistanın keçmiş prezidenti Robert Kocharyan növbəti müsahibəsində yenidən qalmaqallı iddialarla çıxış edib. Koçaryan bildirib ki, 44 günlük müharibə zamanı Rusiya həm Azərbaycana təzyiq göstərib, həm də Ermənistanı dəstəkləyib. Onun fikrincə, Paşinyanın “Rusiya bizi tək qoydu” açıqlaması reallığı əks etdirmir və siyasi məqsədlərə xidmət edir.
Sabiq prezident daha da irəli gedərək vurğulayıb ki, müharibədə məğlubiyyətə görə günahı Rusiyanın üzərinə atmaq düzgün deyil. Koçaryanın sözlərinə görə, əgər Ermənistan uduzubsa, bunun məsuliyyəti ilk növbədə ölkə rəhbərliyinin üzərindədir və bunu xarici faktorlarla ört-basdır etmək cəhdidir.

Xəbəri paylaş Dostlarınıza göndərin