LEQAL XƏBƏR məlumat verir ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində Petrovka yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini açıqlayıb.
Məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, Rusiya qoşunları Donetsk istiqamətində aparılan hərbi əməliyyatlar nəticəsində Petrovkanı nəzarətə götürüb.
Qeyd edək ki, Ukrayna-Rusiya müharibəsi ilə bağlı tərəflərin açıqladığı məlumatlar bir-birindən fərqlənə bilər və cəbhədəki vəziyyəti müstəqil şəkildə təsdiqləmək hər zaman mümkün olmur.