Yeni xəbərlər burada görünəcək.

RUSİYA UKRAYNANIN BİR SIRA ŞƏHƏRLƏRİNƏ RAKET VƏ PUA HÜCUMLARI EDİB: ÖLƏN VƏ YARALANANLAR VAR

LEQAL XƏBƏR məlumat verir ki, iyulun 30-na keçən gecə Rusiya ordusu Ukraynanın müxtəlif regionlarına pilotsuz uçuş aparatları (PUA) və raketlərlə genişmiqyaslı hücumlar həyata keçirib. Hücumlar nəticəsində ölən və yaralananların olduğu bildirilir. Məlumata görə, Krivoy Roq şəhərinin kənarında

13 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, iyulun 30-na keçən gecə Rusiya ordusu Ukraynanın müxtəlif regionlarına pilotsuz uçuş aparatları (PUA) və raketlərlə genişmiqyaslı hücumlar həyata keçirib. Hücumlar nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Məlumata görə, Krivoy Roq şəhərinin kənarında çoxuşaqlı ailənin yaşadığı fərdi evə ballistik raket düşüb. İlkin məlumata əsasən, altı nəfər həyatını itirib, səkkiz nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hazırda dağıntılar altında axtarış-xilasetmə işləri davam etdirilir və ölənlərin sayının arta biləcəyi istisna olunmur.

Lvov şəhərində də raket zərbələri nəticəsində yaşayış binalarında yanğınlar baş verib. Paton küçəsindəki binanın dağıntıları altında insanların qaldığı bildirilir. Son məlumata görə, şəhərdə yaralananların sayı 15 nəfərə çatıb, onlardan 14-ü xəstəxanaya yerləşdirilib.

Paytaxt Kiyev də gecə saatlarında hava hücumuna məruz qalıb. İlkin məlumata əsasən, hücum nəticəsində bir nəfər həlak olub, iki nəfər yaralanıb. Obolon rayonunda bazar ərazisində ticarət pavilyonları yanıb, Svyatoşinski rayonunda isə qaraj kooperativində və qeyri-yaşayış binasında yanğınlar baş verib. Həmin ərazidə bir nəfərin meyiti aşkarlanıb, daha bir nəfər ağır yaralanıb.

Kiyev vilayətinin Brovarı rayonunun Skibin kəndində isə iki mərtəbəli yaşayış evinə ziyan dəyib. Hadisə nəticəsində, biri uşaq olmaqla, beş nəfərin xəsarət aldığı, xilasedicilərin üç nəfəri dağıntılar altından çıxararaq həkimlərə təhvil verdiyi bildirilib.

Xəbəri paylaş Dostlarınıza göndərin