Yeni xəbərlər burada görünəcək.

RUSİYA ZAPOROJYEYƏ BOMBA YAĞDIRDI: ÖLƏN VƏ YARALANANLAR VAR

LEQAL XƏBƏR məlumat verir ki, avqustun 19-na keçən gecə Rusiya qoşunları pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın Zaporojye şəhərinə hücum edib. Zərbələr nəticəsində bir nəfər həlak olub, altı nəfər yaralanıb. Hücum zamanı yaşayış və qeyri-yaşayış binalarına ziyan dəyib, bəzi ərazilərdə

4 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, avqustun 19-na keçən gecə Rusiya qoşunları pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın Zaporojye şəhərinə hücum edib.

Zərbələr nəticəsində bir nəfər həlak olub, altı nəfər yaralanıb. Hücum zamanı yaşayış və qeyri-yaşayış binalarına ziyan dəyib, bəzi ərazilərdə yanğınlar baş verib.

Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov bildirib ki, Rusiya dronları gecə saatlarında vilayət mərkəzinə zərbələr endirib. Hücum nəticəsində mülki infrastruktura ziyan dəyib.

Məlumata görə, şəhərə hücum səhər saatlarına qədər davam edib. Sübh saatlarında Rusiyaya məxsus idarə olunan aviasiya bombası (KAB) Zaporojyenin rayonlarından birində fərdi evi dağıdıb.

Zərbə nəticəsində ərazidə yanğın baş verib, partlayış dalğası və qəlpələr yaxınlıqdakı evlərə və təsərrüfat tikililərinə ziyan vurub.

İlkin olaraq dağıntılar altında insanın qala biləcəyi bildirilsə də, daha sonra İvan Fedorov bu məlumatın təsdiqlənmədiyini açıqlayıb.

Qeyd edək ki, Zaporojye son günlərdə dəfələrlə Rusiya hücumlarına məruz qalıb. Avqustun 17-də şəhərə endirilən dron zərbəsi nəticəsində bağçılıq təsərrüfatlarından birinin ərazisində yanğın baş verib və iki nəfər həlak olub.

“The Independent” nəşrinin məlumatına görə, Rusiya tərəfindən Ukraynanın mülki əhalisinə endirilən zərbələr davam edir. Nəşr bu hücumların getdikcə daha mürəkkəb xarakter aldığını və əsas məqsədlərdən birinin Ukrayna əhalisinin dözümlülüyünü və ruh yüksəkliyini sarsıtmaq olduğunu qeyd edib.

Xəbəri paylaş Dostlarınıza göndərin