RUSİYADA 15 YAŞLI YENİYETMƏ TERROR AKTINA GÖRƏ SAXLANILDI
Rusiyada 15 yaşlı yeniyetmə dəmir yolunda terror aktı törətməkdə şübhəli bilinərək saxlanılıb.
LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Qərb Regionlararası Nəqliyyat üzrə İstintaq İdarəsi məlumat yayıb.
İstintaqa görə, yeniyetmə avqustun 14-də Sankt-Peterburqun Kalininski rayonundakı Ruçi dəmir yolu stansiyasına gedərək transformator yarımstansiyasını yandırıb.
Onun bu əməli “Telegram” vasitəsilə əlaqə saxlayan şəxsin göstərişi ilə törətdiyi bildirilir.
15 yaşlı şübhəli polis, FTX və Milli Qvardiyanın birgə əməliyyatı nəticəsində saxlanılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.![]()
RUSİYADA 15 YAŞLI YENİYETMƏ TERROR AKTINA GÖRƏ SAXLANILDI
RUSİYADA 15 YAŞLI YENİYETMƏ TERROR AKTINA GÖRƏ SAXLANILDI Rusiyada 15 yaşlı yeniyetmə dəmir yolunda terror aktı törətməkdə şübhəli bilinərək saxlanılıb. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Qərb Regionlararası Nəqliyyat üzrə İstintaq İdarəsi məlumat yayıb. İstintaqa
9 baxış
3 dəq