Yeni xəbərlər burada görünəcək.

Rusiyada miqrantlar üçün YENİ QƏRAR

LEQAL XƏBƏR məlumat verir ki, 2026-cı il avqustun 6-dan Rusiyada xarici vətəndaşlara sim-kartların satışı ilə bağlı qaydalar sərtləşdiriləcək. Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib ki, yeni qaydalara əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə rabitə müqaviləsi

12 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, 2026-cı il avqustun 6-dan Rusiyada xarici vətəndaşlara sim-kartların satışı ilə bağlı qaydalar sərtləşdiriləcək.

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib ki, yeni qaydalara əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə rabitə müqaviləsi bağlanarkən mobil cihazın IMEI-kodunun göstərilməməsi və ya müqaviləyə bilərəkdən yanlış məlumatların daxil edilməsi cinayət məsuliyyəti yaradacaq.

Qaydanı pozan şəxslər 500 min rubla qədər cərimə və ya bir ilədək azadlıqdan məhrumetmə ilə üzləşə bilərlər.

Volodinin sözlərinə görə, yeni tələblər "Antifrod 2.0" tədbirlər kompleksinin bir hissəsidir. Layihə mobil cihazların IMEI-kodları üzrə vahid bazanın yaradılmasını nəzərdə tutur. Bu bazanın rabitə operatorları və dövlət qurumları tərəfindən formalaşdırılması planlaşdırılır.

Məqsəd dələduzluq məqsədilə istifadə olunan sim-kartların müəyyənləşdirilməsidir.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən Rusiyada əcnəbilərin sim-kart əldə etməsi prosesi artıq sərtləşdirilib. Bir şəxsin öz adına, o cümlədən korporativ nömrələr nəzərə alınmaqla, maksimum 10 telefon nömrəsi qeydiyyatdan keçirməsinə icazə verilir.

Müqavilənin rəsmiləşdirilməsi üçün SNİLS, "Qosusluqi" portalında hesab və biometrik məlumatlar vasitəsilə şəxsiyyətin təsdiqlənməsi tələb olunur.

Xəbəri paylaş Dostlarınıza göndərin