Leqal xəbər məlumat verir ki, Ukraynaya məxsus dronların Rusiyanın Samara vilayətində yerləşən Sizran Neft Emalı Zavoduna zərbələr endirdiyi bildirilir. Hadisədən sonra ərazidə partlayış və yanğınların baş verdiyi qeyd olunur.
Yerli sakinlərin sözlərinə görə, hücum nəticəsində zavodun bəzi hissələrində alov müşahidə olunub. Həmçinin yaşayış sektoruna yaxın ərazilərdə də yanğın baş verdiyi iddia edilir.
Hadisə ilə bağlı rəsmi qurumların açıqlaması gözlənilir. Sosial şəbəkələrdə yayılan görüntülər isə qısa zamanda gündəmə çevrilib.