Yeni xəbərlər burada görünəcək.

RUSİYADA QADINLARA HƏRBİ KOMİSSARLIQLARDAN ÇAĞIRIŞ VƏRƏQƏLƏRİ GÖNDƏRİLİR

Rusiyanın bir sıra bölgələrində qadınlar hərbi komissarlıqlardan çağırış vərəqələri aldıqlarını bildiriblər. LEQAL XƏBƏR xəbər verir ki, məlumatlara görə, söhbət əsasən hərbi qeydiyyatda olan, o cümlədən tibb və digər hərbi-uçot ixtisaslarına malik qadınlardan gedir. Rusiya müstəqil KİV-lərinin

10 baxış 3 dəq

Rusiyanın bir sıra bölgələrində qadınlar hərbi komissarlıqlardan çağırış vərəqələri aldıqlarını bildiriblər.

LEQAL XƏBƏR xəbər verir ki, məlumatlara görə, söhbət əsasən hərbi qeydiyyatda olan, o cümlədən tibb və digər hərbi-uçot ixtisaslarına malik qadınlardan gedir.

Rusiya müstəqil KİV-lərinin məlumatına əsasən, çağırış vərəqələrinin bir hissəsi rəqəmsal sistem vasitəsilə avtomatik göndərilib. Bu səbəbdən hərbi xidmətə cəlb olunmayan bəzi şəxslərə də bildirişlər çatdırılıb.

Bununla yanaşı, Rusiyada qadınların ümumi səfərbərliyi elan edilməyib. Rusiya Müdafiə Nazirliyi daha əvvəl qadınların hərbi xidmətə çağırılması ilə bağlı hər hansı planın olmadığını açıqlayıb.

Hüquqşünaslar bildirirlər ki, çağırış vərəqəsinin alınması şəxsin hərbi xidmətə göndərilməsi demək deyil. Əksər hallarda vətəndaşlar hərbi uçot məlumatlarının dəqiqləşdirilməsi və ya sənədlərin yoxlanılması məqsədilə hərbi komissarlıqlara dəvət olunurlar.

Qeyd olunur ki, Ukraynada davam edən müharibə fonunda bu məlumatlar Rusiyada geniş ictimai rezonans doğurub və sosial şəbəkələrdə fəal şəkildə müzakirə olunur.

Xəbəri paylaş Dostlarınıza göndərin