Yeni xəbərlər burada görünəcək.

Rusiyadan Kiyevə kütləvi raket hücumu: Azı 12 nəfər öldü, xeyli yaralı var

LEQAL XƏBƏR məlumat verir ki, avqustun 20-nə keçən gecə Rusiya ordusunun Kiyevə endirdiyi kütləvi raket zərbələri nəticəsində azı 12 nəfər həlak olub, 33 nəfər yaralanıb. Məlumata görə, hücumun fəsadları Kiyevin bir neçə rayonunda 12-dən çox ərazidə qeydə alınıb. Zərbələr nəticəsində yaşayış

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, avqustun 20-nə keçən gecə Rusiya ordusunun Kiyevə endirdiyi kütləvi raket zərbələri nəticəsində azı 12 nəfər həlak olub, 33 nəfər yaralanıb.

Məlumata görə, hücumun fəsadları Kiyevin bir neçə rayonunda 12-dən çox ərazidə qeydə alınıb. Zərbələr nəticəsində yaşayış binalarına, tibb müəssisəsinə və təhsil ocağına ziyan dəyib.

Bundan əlavə, geniş ərazini əhatə edən anbar binalarında yanğınlar baş verib. Hazırda aidiyyəti xidmətlər dağıntıların aradan qaldırılması və digər təxirəsalınmaz tədbirləri həyata keçirirlər.

Bildirilir ki, Kiyev ballistik raketlərin kütləvi hücumuna məruz qalıb. Təxminən 15 dəqiqə ərzində şəhərə 20-yə yaxın raket atıldığı qeyd olunur.

Monitorinq məlumatlarına görə, hücum zamanı Kiyevə eyni vaxtda üç müxtəlif növ ballistik silahla zərbələr endirilib.

Hücumla əlaqədar Kiyevdə matəm elan olunub.

Xəbəri paylaş Dostlarınıza göndərin