Yeni xəbərlər burada görünəcək.

RUSİYANIN KİROV ŞƏHƏRİNƏ RAKET ZƏRBƏSİ: 6 NƏFƏR ÖLDÜ, 26 NƏFƏR YARALANDI

LEQAL XƏBƏR məlumat verir ki, Rusiyanın Kirov şəhərində istehsal müəssisəsinə endirilən raket zərbəsi nəticəsində altı nəfər həyatını itirib, daha 26 nəfər xəsarət alıb. Kirov vilayətinin qubernatoru Aleksandr Sokolovun açıqlamasına görə, hücum nəticəsində ümumilikdə 32 nəfər zərər çəkib. Onlardan

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Rusiyanın Kirov şəhərində istehsal müəssisəsinə endirilən raket zərbəsi nəticəsində altı nəfər həyatını itirib, daha 26 nəfər xəsarət alıb.

Kirov vilayətinin qubernatoru Aleksandr Sokolovun açıqlamasına görə, hücum nəticəsində ümumilikdə 32 nəfər zərər çəkib. Onlardan altısı hadisə yerində ölüb.

Qubernator həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verərək bildirib ki, müəssisədə baş vermiş yanğın artıq tam söndürülüb, şəhərin elektrik enerjisi və su təchizatı bərpa olunub.

Aleksandr Sokolovun sözlərinə görə, hazırda ətraf yaşayış binalarında baxış və qiymətləndirmə işləri aparılır. Yoxlamaların nəticələrinə əsasən, zərərçəkmiş sakinlərə müvafiq yardım göstərilməsi ilə bağlı qərarlar qəbul ediləcək.

Xəbəri paylaş Dostlarınıza göndərin