Yeni xəbərlər burada görünəcək.

RUSİYANIN ƏN BÖYÜK BAZARI VURULDU - AZƏRBAYCANLILARA MƏXSUSDUR

LEQAL XƏBƏR məlumat verir ki, Moskva şəhəri tarixində ən kütləvi dron hücumlarından birinə məruz qalıb. Rusiya KİV-lərinin məlumatına görə, Ukraynadan yönəldilən 137 pilotsuz uçuş aparatının bir hissəsi Moskva və ətraf ərazilərdə zərərsizləşdirilib, bir qismi isə müxtəlif nöqtələrə düşüb. Hücum

8 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, Moskva şəhəri tarixində ən kütləvi dron hücumlarından birinə məruz qalıb.
Rusiya KİV-lərinin məlumatına görə, Ukraynadan yönəldilən 137 pilotsuz uçuş aparatının bir hissəsi Moskva və ətraf ərazilərdə zərərsizləşdirilib, bir qismi isə müxtəlif nöqtələrə düşüb.
Hücum nəticəsində şəhərin ayrı-ayrı ərazilərində dağıntılar qeydə alınıb. Məlumata əsasən, Azərbaycan əsilli rusiyalı iş adamları Zarah İliyev və Qod Nisanova məxsus Moskvanın ən böyük ticarət mərkəzlərindən biri olan “Sadovod” bazarı da zərbəyə məruz qalıb.
Bildirilib ki, bazarın ərazisinə dron qalıqları düşüb və inzibati binada müəyyən dağıntılar yaranıb.
Eyni zamanda Moskva Neft Emalı Zavodu və bir sıra sənaye zonalarında da zərər qeydə alındığı, bəzi hava limanlarında uçuşların müvəqqəti məhdudlaşdırıldığı qeyd olunur.


Xəbəri paylaş Dostlarınıza göndərin