Yeni xəbərlər burada görünəcək.

Rza Tamer vəfat etdi

Leqal xəbər məlumat verir ki, Türkiyəli müğənni Rıza Tamer həyatını itirib. Məlumata görə, o, qəfil səhhətinin pisləşməsi nəticəsində xəstəxanaya aparılıb, lakin həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb. İlkin məlumatlara əsasən, sənətçi evində özünü pis hiss edib, daha sonra

12 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Türkiyəli müğənni Rıza Tamer həyatını itirib. Məlumata görə, o, qəfil səhhətinin pisləşməsi nəticəsində xəstəxanaya aparılıb, lakin həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.
İlkin məlumatlara əsasən, sənətçi evində özünü pis hiss edib, daha sonra nəfəs darlığı və digər ağır simptomlar yaranıb. Xəstəxanaya çatdırılsa da, beyninə bir müddət oksigen getmədiyi üçün vəziyyəti kritikləşib və həyatını itirib. Rza Tamer geniş kütlələrə Popstar Türkiye yarışması ilə tanınıb və həmin müsabiqədə üçüncü yer tutaraq məşhurlaşıb. Daha sonra “Benden Sonra” mahnısı ilə yenidən populyarlıq qazanmışdı. Onun həyat yolu da diqqət çəkirdi — bir müddət çətin sosial şəraitdə yaşasa da, sonradan yenidən səhnəyə qayıtmağı bacarmışdı. Bu səbəbdən onun ölümü həm sənət camiəsində, həm də pərəstişkarları arasında böyük kədər doğurub.

Xəbəri paylaş Dostlarınıza göndərin