Yeni xəbərlər burada görünəcək.

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Paytaxtda havanın temperaturu gecə 22-25°, gündüz isə 30-35° isti olacaq. Atmosfer təzyiqi 756 mm

4 baxış 3 dəq

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Paytaxtda havanın temperaturu gecə 22-25°, gündüz isə 30-35° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 45-55% təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarından etibarən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.

Bölgələrdə havanın temperaturu gecə 23-27°, gündüz 34-38°, dağlıq ərazilərdə isə gecə 14-18°, gündüz 22-27° isti olacaq.

Xəbəri paylaş Dostlarınıza göndərin