Yeni xəbərlər burada görünəcək.

SABAH BAKIDA 30 DƏRƏCƏ İSTİ OLACAQ

LEQAL XƏBƏR məlumat verir ki, sentyabrın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 26-30° isti olacaq. Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz

4 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, sentyabrın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 26-30° isti olacaq.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacaq.

Xəbəri paylaş Dostlarınıza göndərin