Yeni xəbərlər burada görünəcək.

Sabah Biləsuvarın yeddi kəndində qaz olmayacaq

Sabah Biləsuvar rayonunun yeddi kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, iyulun 24-də saat 10:00-dan etibarən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar rayonun Əsgərəbad, Aşağı

7 baxış 3 dəq

Sabah Biləsuvar rayonunun yeddi kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, iyulun 24-də saat 10:00-dan etibarən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar rayonun Əsgərəbad, Aşağı Cürəli, Dərvişli, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Məlumata görə, təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələrinə qazın verilişi bərpa olunacaq.

Xəbəri paylaş Dostlarınıza göndərin