LEQAL XƏBƏR məlumat verir ki, Milli Hidrometeorologiya Xidməti sabah üçün hava proqnozunu açıqlayıb.
Bakı və Abşeron yarımadasında hava əsasən dəyişkən buludlu olacaq, yağış gözlənilmir. Gün ərzində temperatur 29–34 dərəcə isti, bəzi ərazilərdə isə 35 dərəcəyə qədər yüksələ bilər.
Rayonlarda da əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi bölgələrdə qısamüddətli yağış, şimşək və dolu ehtimalı var.
Məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, külək isə əsasən mülayim qərb istiqamətli olacaq.