Yeni xəbərlər burada görünəcək.

SABAH HAVA 35 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK

Azərbaycanda iyulun 2-nə gözlənilən hava proqnozu açıqlanıb. LEQAL XƏBƏR verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Paytaxtda havanın temperaturu gecə 19-21°, gündüz isə 27-32° isti olacaq.

6 baxış 3 dəq
Azərbaycanda iyulun 2-nə gözlənilən hava proqnozu açıqlanıb.
LEQAL XƏBƏR verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Paytaxtda havanın temperaturu gecə 19-21°, gündüz isə 27-32° isti olacaq.
Rayonlarda da əsasən yağmursuz hava müşahidə ediləcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq.
Havanın temperaturu rayonlarda gecə 17-21°, gündüz 30-35° isti, dağlıq ərazilərdə isə gecə 9-14°, gündüz 17-22°, bəzi yerlərdə 24-28° isti təşkil edəcək.
Xəbəri paylaş Dostlarınıza göndərin