Yeni xəbərlər burada görünəcək.

SABAH HAVA NECƏ OLACAQ?

LEQAL XƏBƏR məlumat verir ki, oktyabrın 15-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz hava şəraiti gözlənilir. Mülayim cənub-şərq küləyi

5 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, oktyabrın 15-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz hava şəraiti gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-20°, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək, mülayim şərq küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 15-19°, gündüz 24-29° isti, dağlıq ərazilərdə isə gecə 7-12°, gündüz 18-23° isti olacaq.

Xəbəri paylaş Dostlarınıza göndərin