Yeni xəbərlər burada görünəcək.

"Sabah" və "Neftçi"nin oyunlarını hansı kanal yayımlayacaq?

Avrokuboklarda Azərbaycanı təmsil edən "Sabah" və "Neftçi" klublarının gələn həftə keçirəcəyi cavab oyunlarını yayımlayacaq telekanal müəyyənləşib. LEQAL XƏBƏR xəbər verir ki, qarşılaşmalar İctimai TV-nin canlı efirində nümayiş olunacaq. Bununla yanaşı, telekanal Türkiyənin

6 baxış 3 dəq

Avrokuboklarda Azərbaycanı təmsil edən "Sabah" və "Neftçi" klublarının gələn həftə keçirəcəyi cavab oyunlarını yayımlayacaq telekanal müəyyənləşib.

LEQAL XƏBƏR xəbər verir ki, qarşılaşmalar İctimai TV-nin canlı efirində nümayiş olunacaq.

Bununla yanaşı, telekanal Türkiyənin "Fənərbağça" klubunun UEFA Çempionlar Liqasındakı növbəti matçını da tamaşaçılara təqdim edəcək.

Yayım cədvəli:

28 iyul, saat 19:00
UEFA Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu
"KuPS" (Finlandiya) – "Sabah" (Azərbaycan)

29 iyul, saat 22:00
UEFA Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu
"Qurnik Zabje" (Polşa) – "Fənərbağça" (Türkiyə)

30 iyul, saat 21:00
UEFA Konfrans Liqası, II təsnifat mərhələsinin cavab oyunu
"Dinamo Minsk" (Belarus) – "Neftçi" (Azərbaycan)

Xəbəri paylaş Dostlarınıza göndərin