LEQAL XƏBƏR məlumat verir ki, Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib.
Məlumata görə, avqustun 23-də gecə saatlarında 1980-ci il təvəllüdlü Nail Syubayevin yaşadığı evdə boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq öldüyü barədə polisə məlumat daxil olub.
Aparılan araşdırmalar zamanı N.Syubayevin həyat yoldaşı, 1984-cü il təvəllüdlü Alfina Azizovanın münaqişə zəminində onu bıçaqla öldürməsinə əsaslı şübhələr yaranıb.
A.Azizova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.