Yeni xəbərlər burada görünəcək.

Sabunçuda qadın BIÇAQLANDI: Qayınatası şübhəli bilinir

LEQAL XƏBƏR məlumat verir ki, Bakının Sabunçu rayonunda ailə münaqişəsi zamanı bir qadın çoxsaylı bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hadisə Qanbay Vəzirov küçəsində baş verib. İlkin məlumata görə, 1997-ci il təvəllüdlü D. Əsgərova qayınanası və qayınatası ilə yaranan mübahisə

9 baxış 3 dəq

LEQAL XƏBƏR  məlumat verir ki, Bakının Sabunçu rayonunda ailə münaqişəsi zamanı bir qadın çoxsaylı bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə Qanbay Vəzirov küçəsində baş verib. İlkin məlumata görə, 1997-ci il təvəllüdlü D. Əsgərova qayınanası və qayınatası ilə yaranan mübahisə zamanı bıçaqlanıb. Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Yaxınlarının iddiasına görə, qadın həyat yoldaşından boşanmaq istədiyini bildirib. Onların sözlərinə əsasən, bu səbəbdən əvvəlcə qayınanası tərəfindən döyülüb, daha sonra isə qayınatası tərəfindən bıçaqlanıb.

Hadisənin bütün təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.




Xəbəri paylaş Dostlarınıza göndərin