Yeni xəbərlər burada görünəcək.

SABUNÇUDA SİLSİLƏ OĞURLUQ

Sabunçu rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb. Gecə saatlarında naməlum şəxslər ümumilikdə 7 evə daxil olaraq dəyəri təxminən 10 min manat olan elektrik naqillərini oğurlayıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, şübhəlilər əməllərini gizlətmək məqsədilə bəzi

18 baxış 3 dəq

Sabunçu rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb. Gecə saatlarında naməlum şəxslər ümumilikdə 7 evə daxil olaraq dəyəri təxminən 10 min manat olan elektrik naqillərini oğurlayıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, şübhəlilər əməllərini gizlətmək məqsədilə bəzi evlərdə quraşdırılmış müşahidə kameralarına da ziyan vurublar. Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 41 yaşlı Arif Sultanov və 29 yaşlı Cəfər Cəfərov saxlanılıb. Araşdırmalar zamanı onların oğurladıqları naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqları müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbəri paylaş Dostlarınıza göndərin