Qırğız Respublikasının Prezidenti Sadır Nurqojoyeviç Japarov "Heydər Əliyev" ordeni ilə təltif olunub.
LEQAL XƏBƏR məlumat verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Sadır Japarov Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafına verdiyi xüsusi töhfələrə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.![]()