Leqal xəbər məlumat verir ki, İmişli Rayon Ağsaqqallar Şurasının həbsdə olan sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmənin ilk baxış iclası keçirilib.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda bildirilir ki, Saleh Səmədov 200 min manat məbləğində vəsaiti mənimsəməkdə təqsirləndirilir.
Təqsirləndirilən şəxs ittihama münasibət bildirərək özünü qismən təqsirli bildiyini deyib.
Məhkəmənin növbəti iclası iyunun 10-na təyin olunub.
Qeyd edək ki, Saleh Səmədov Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunur. O, ötən il keçirilən tədbirdə “Georgi lenti” ilə görüntülənməsindən sonra ictimai müzakirələrin mərkəzinə düşmüşdü.![]()