Yeni xəbərlər burada görünəcək.

Salyanda bıçaqlanan ailənin 3 üzvündən biri ölüb

Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb. Leqal Xəbər "Report"a istinad edərək bildirir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb. Belə ki, ailənin oğlu anasını, atasını və arvadını bıçaqlamaqda şübhəli bilinir. Nəticədə ana aldığı xəsarətlərdən ölüb,

15 baxış 3 dəq

Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb. Leqal Xəbər "Report"a istinad edərək bildirir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.

Belə ki, ailənin oğlu anasını, atasını və arvadını bıçaqlamaqda şübhəli bilinir.

Nəticədə ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.

Yaralıların 1966-cı il təvəllüdlü İsmayılov Ağabala Ramazan oğlu və onun gəlini, 1988-ci il təvəllüdlü İsmayılova Təranə Bahadır qızı olduğu bildirilir.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Hadisəni törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Pərvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş Dostlarınıza göndərin