Yeni xəbərlər burada görünəcək.

SAMSUNDA GÜCLÜ SEL FƏLAKƏTİ YAŞANDI

Leqal xəbər məlumat verir ki, Türkiyənin Samsun şəhərinin Havza rayonunda yağan güclü yağışlar ciddi daşqınlara səbəb olub. Leysan xarakterli yağış nəticəsində küçələr, yollar və bəzi obyektlər su altında qalıb. Məlumata görə, sel zamanı ən azı 12 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

8 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Türkiyənin Samsun şəhərinin Havza rayonunda yağan güclü yağışlar ciddi daşqınlara səbəb olub. Leysan xarakterli yağış nəticəsində küçələr, yollar və bəzi obyektlər su altında qalıb.
Məlumata görə, sel zamanı ən azı 12 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti ilə bağlı hələlik ətraflı məlumat verilməyib.
Şəhərdən keçən Hacı Osman və Tersakan çaylarında suyun səviyyəsinin kəskin artdığı bildirilir. Daşqın təhlükəsinin artması səbəbilə aidiyyəti qurumlar bölgədə gücləndirilmiş rejimdə fəaliyyət göstərir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə avtomobillərin sel sularında qalması və küçələrin tamamilə su ilə dolduğu əks olunub. Yerli hakimiyyət orqanları vətəndaşlara ehtiyatlı olmaları barədə xəbərdarlıq edib.
Xəbəri paylaş Dostlarınıza göndərin