Yeni xəbərlər burada görünəcək.

“SAMSUNG”DAN AĞILLI EYNƏK — “GALAXY GLASSES” TƏQDİM OLUNA BİLƏR

Leqal xəbər məlumat verir ki, “Samsung” şirkətinin yaxın aylarda ilk ağıllı eynəyini təqdim etməyə hazırlaşdığı bildirilir. Məlumata görə, “Galaxy Glasses” adlandırılan cihaz iyulun 22-də Londonda keçiriləcək növbəti “Galaxy Unpacked” tədbirində nümayiş oluna bilər. Cənubi Koreya mediasının yaydığı

5 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, “Samsung” şirkətinin yaxın aylarda ilk ağıllı eynəyini təqdim etməyə hazırlaşdığı bildirilir. Məlumata görə, “Galaxy Glasses” adlandırılan cihaz iyulun 22-də Londonda keçiriləcək növbəti “Galaxy Unpacked” tədbirində nümayiş oluna bilər.
Cənubi Koreya mediasının yaydığı xəbərlərə əsasən, tədbirdə yeni nəsil qatlana bilən smartfonlar — “Samsung Galaxy Z Fold8” və “Samsung Galaxy Z Flip8” ilə yanaşı, ağıllı eynəyin də təqdimatı gözlənilir. Bundan əlavə, “Galaxy Watch9” seriyası və daha böyük xarici ekranla təchiz edilən yeni “Fold Wide” modelinin də nümayiş olunacağı bildirilir.
Mənbələrin məlumatına görə, “Galaxy Glasses” dinamik, mikrofon və yüksək keyfiyyətli kamera ilə təchiz ediləcək. Cihazın ekran əvəzinə əsasən səsli idarəetmə və süni intellekt funksiyalarına üstünlük verəcəyi qeyd olunur. Eynəyin istifadəçinin ətrafını real vaxt rejimində analiz edərək məlumat təqdim edə biləcəyi bildirilir.
Şirkətin bu addımı texnologiya bazarında rəqabətin gücləndiyi dövrə təsadüf edir. Bildirilir ki, “Samsung” yeni cihazı öz süni intellekt ekosisteminin əsas hissələrindən biri kimi təqdim etməyi planlaşdırır. Eynəyin smartfonlar, SmartThings sistemi, eləcə də Hyundai və Kia avtomobil xidmətləri ilə inteqrasiya olunacağı vurğulanır.
Xəbəri paylaş Dostlarınıza göndərin