Leqal xəbər məlumat verir ki, Milli Hidrometeorologiya Xidməti tərəfindən aprelin 6-na gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan edilib. Məlumata görə, Bakı və Abşeron yarımadası ilə yanaşı Qazax, Ağstafa, Daşkəsən, Mingəçevir, Naftalan və Goranboy rayonlarında şimal-qərb küləyi güclənəcək. Küləyin sürəti 20.8–28.4 m/s-dək çata bilər. Ölkənin digər ərazilərində isə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9–20.7 m/s arasında dəyişəcək. Mütəxəssislər vətəndaşlara açıq ərazilərdə ehtiyatlı olmağı, xüsusilə güclü külək zamanı təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edir.
Sarı və narıncı xəbərdarlıq verildi
Leqal xəbər məlumat verir ki, Milli Hidrometeorologiya Xidməti tərəfindən aprelin 6-na gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan edilib. Məlumata görə, Bakı və Abşeron yarımadası ilə yanaşı Qazax, Ağstafa, Daşkəsən, Mingəçevir, Naftalan və Goranboy rayonlarında
20 baxış
3 dəq
