Yeni xəbərlər burada görünəcək.

"SAUDEL" TAYFUNU ÇİNİN ŞƏRQ SAHİLLƏRİNƏ ÇATDI

LEQAL XƏBƏR məlumat verir ki, “Saudel” tayfunu Çinin şərq sahillərinə çatıb. Təbii fəlakətin quru əraziyə daxil olduğu vaxt küləyin maksimal sürəti saniyədə 35 metr qeydə alınıb. Məlumata görə, tayfunun əsas zərbəsi Çjetszyan əyalətinin Taycou şəhər dairəsinə dəyib. Hazırda tayfun gücünü tədricən

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, “Saudel” tayfunu Çinin şərq sahillərinə çatıb. Təbii fəlakətin quru əraziyə daxil olduğu vaxt küləyin maksimal sürəti saniyədə 35 metr qeydə alınıb.

Məlumata görə, tayfunun əsas zərbəsi Çjetszyan əyalətinin Taycou şəhər dairəsinə dəyib.

Hazırda tayfun gücünü tədricən itirərək qərb istiqamətində, materikin dərinliklərinə doğru hərəkət edir.

Çinin şərq bölgələrində, o cümlədən Şanxayda intensiv yağışların yağacağı gözlənilir.

Ölkədə yay aylarında güclü yağışlar, tayfunlar, sel və daşqınlar tez-tez müşahidə olunur. Bu təbii fəlakətlər həm ciddi maddi ziyana, həm də insan tələfatına səbəb ola bilir.

Xəbəri paylaş Dostlarınıza göndərin