LEQAL XƏBƏR məlumat verir ki, Səudiyyə Ərəbistanının şərqində yerləşən Dəhran şəhərində neft şirkəti “Saudi Aramco”nun qərargahı yaxınlığında partlayış səsləri eşidilib.
Məlumata görə, hadisədən qısa müddət sonra Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya şəhər üzərində hava hədəfinin məhv edildiyini açıqlayıb.
Koalisiyanın rəsmi nümayəndəsi Türki əl-Malikinin “X” sosial şəbəkəsində yaydığı bəyanata əsasən, Yəməndəki husilər tərəfindən Dəhran istiqamətində buraxılan ballistik raket ələ keçirilərək məhv edilib.
Bildirilib ki, raketin qalıqları şəhərin yaşayış məhəlləsinə düşüb. Hazırda hadisə yerində müvafiq xidmətlər işləyir.![]()