Yeni xəbərlər burada görünəcək.

SEL TƏHLÜKƏSİ VAR

Legal Xəbər məlumat verir ki, iyunun 4-6-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin arabir yağıntılı keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, bəzi ərazilərdə yağıntıların intensiv xarakter alacağı, şimşək çaxacağı və dolu düşəcəyi

6 baxış 3 dəq
Legal Xəbər məlumat verir ki, iyunun 4-6-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin arabir yağıntılı keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, bəzi ərazilərdə yağıntıların intensiv xarakter alacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı gözlənilir. Bununla yanaşı, bəzi dağ çaylarında qısamüddətli daşqın və sel hadisələrinin baş verməsi ehtimalı var.
Vətəndaşlara çay sahillərində və dağlıq ərazilərdə ehtiyatlı olmaq, hava şəraiti ilə bağlı edilən rəsmi xəbərdarlıqları diqqətdə saxlamaq tövsiyə olunur.
Xəbəri paylaş Dostlarınıza göndərin