Yeni xəbərlər burada görünəcək.

SEPAH BƏHRƏYN VƏ KÜVEYTDƏKİ ABŞ HƏRBİ BAZALARINA RAKET ZƏRBƏLƏRİ ENDİRİB

LEQAL XƏBƏR məlumat verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyn və Küveytdə yerləşən ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb. SEPAH-ın bəyanatına görə, Hərbi Dəniz və Hava-Kosmik Qüvvələrinin həyata keçirdiyi birgə əməliyyat

7 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyn və Küveytdə yerləşən ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb.

SEPAH-ın bəyanatına görə, Hərbi Dəniz və Hava-Kosmik Qüvvələrinin həyata keçirdiyi birgə əməliyyat zamanı Küveytdəki "Əli əs-Saləm" və "Arifcan", həmçinin Bəhreyndəki "Əl-Cüfeyr" və "Şeyx-İsa" ABŞ hərbi bazalarının əsas obyektləri və infrastrukturu hədəfə alınıb.

Bəyanatda vurğulanıb ki, ABŞ-nin İrana qarşı hücumları davam edərsə, Tehran cavab tədbirlərinin miqyasını daha da genişləndirəcək və zərbələr Yaxın Şərqdə yerləşən digər ABŞ hərbi bazalarını da əhatə edəcək.

Hadisədən sonra Bəhreyndə partlayış səslərinin eşidildiyi bildirilib. Krallığın Daxili İşlər Nazirliyi hava hücumundan müdafiə xəbərdarlığı sistemlərinin işə düşdüyünü açıqlayaraq, sakinləri ən yaxın təhlükəsiz sığınacaqlara getməyə çağırıb.

Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahı isə ölkənin hava hücumundan müdafiə sistemlərinin raket və pilotsuz uçuş aparatlarının iştirakı ilə həyata keçirilən hücumu dəf etdiyini bildirib.

Xəbəri paylaş Dostlarınıza göndərin