Yeni xəbərlər burada görünəcək.

SEPAH Hörmüz boğazından keçməyə çalışan tankerlərə atəş açıb

LEQAL XƏBƏR məlumat verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından İranın razılığı olmadan keçməyə cəhd göstərdiyi iddia edilən iki tankerə atəş açıldığını açıqlayıb. SEPAH-ın yaydığı məlumata görə, hadisə səhər saatlarında baş verib. Bildirilib ki, ABŞ-nin hava

7 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından İranın razılığı olmadan keçməyə cəhd göstərdiyi iddia edilən iki tankerə atəş açıldığını açıqlayıb.

SEPAH-ın yaydığı məlumata görə, hadisə səhər saatlarında baş verib. Bildirilib ki, ABŞ-nin hava mühafizəsi altında hərəkət etdiyi iddia olunan tankerlər müəyyən edilmiş marşrut və qaydaları pozaraq xəbərdarlıqlara məhəl qoymayıblar.

Açıqlamada qeyd olunub ki, nəticədə iki tanker saxlanılıb, daha dörd tanker isə hərəkət istiqamətini dəyişməyə məcbur olub.

Hadisə ilə bağlı digər tərəflərin rəsmi mövqeyi hələlik açıqlanmayıb.

Xəbəri paylaş Dostlarınıza göndərin