LEQAL XƏBƏR məlumat verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Toplantısında iştirak edəcək.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, tədbir çərçivəsində AQEM-in gələcək inkişafı və təşkilatın Avrasiya məkanında çoxtərəfli əməkdaşlıq sisteminə inteqrasiyası məsələləri müzakirə olunacaq.
Bundan əlavə, görüş iştirakçılarının aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacağı bildirilib.