Yeni xəbərlər burada görünəcək.

ƏSGƏRAN–XOCALI–XANKƏNDİ AVTOMOBİL YOLUNUN TİKİNTİSİ 86 FAİZ İCRA OLUNUB

LEQAL XƏBƏR verir ki, Xankəndi, Şuşa və Laçın şəhərlərinə gediş-gəlişi daha rahat və təhlükəsiz edəcək Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi sürətlə davam edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, uzunluğu 14,1 kilometr olan yol I texniki dərəcəyə uyğun

10 baxış 3 dəq
LEQAL XƏBƏR verir ki, Xankəndi, Şuşa və Laçın şəhərlərinə gediş-gəlişi daha rahat və təhlükəsiz edəcək Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi sürətlə davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, uzunluğu 14,1 kilometr olan yol I texniki dərəcəyə uyğun inşa edilir. Yolun torpaq yatağının eni ərazidən asılı olaraq 26,5 metrədək dəyişir.
Layihə çərçivəsində torpaq işləri tam başa çatdırılıb, yeni yol yatağı inşa olunub. Hazırda yol geyiminin əsasının və asfalt-beton örtüyünün laylarının tikintisi davam etdirilir.
Bununla yanaşı, layihə üzrə nəzərdə tutulan 3 körpü, 9 düzbucaqlı və 38 dairəvi suötürücü, 23 ehtiyat keçidi, eləcə də 14 avtobus dayanacağının tikintisi artıq yekunlaşıb.
Məlumata görə, layihə üzrə ümumi icra səviyyəsi hazırda 86 faiz təşkil edir.
Yeni avtomobil yolunun istifadəyə verilməsi bölgədə nəqliyyat əlaqələrinin yaxşılaşmasına, yük və sərnişin daşımalarının səmərəliliyinin artırılmasına, həmçinin kənd təsərrüfatı və turizm potensialının inkişafına mühüm töhfə verəcək.
Xəbəri paylaş Dostlarınıza göndərin