Yeni xəbərlər burada görünəcək.

SOCAR-A KEÇİR

Leqal Xeber məlumat verir ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) iyulun 1-dən Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəmərinin operatoru olacaq. Məlumata görə, BTC layihəsinin operatorluğunun SOCAR-a təhvil verilməsi prosesi plan üzrə davam edir və iyulun 1-də rəsmən başa çatdırılacaq. Bu barədə BP-nin

12 baxış 3 dəq
Leqal Xeber məlumat verir ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) iyulun 1-dən Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəmərinin operatoru olacaq.
Məlumata görə, BTC layihəsinin operatorluğunun SOCAR-a təhvil verilməsi prosesi plan üzrə davam edir və iyulun 1-də rəsmən başa çatdırılacaq. Bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli açıqlama verib.
BP rəsmisi bildirib ki, operatorluğun SOCAR-a ötürülməsi şirkətin layihədən çıxması demək deyil. Onun sözlərinə görə, bu, yalnız müqavilə öhdəliklərinin icrası çərçivəsində həyata keçirilən idarəetmə dəyişikliyidir.
Kristofoli vurğulayıb ki, SOCAR-ın BTC kimi strateji layihəni idarə etmək üçün kifayət qədər təcrübəsi və imkanları var. Şirkət keçid prosesinin uğurla tamamlanacağına əmin olduğunu da qeyd edib.
Xəbəri paylaş Dostlarınıza göndərin