Yeni xəbərlər burada görünəcək.

SOCAR-IN QEYRİ-NEFT İXRACI 28 FAİZ AZALIB

LEQAL XƏBƏR məlumat verir ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 175,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib. Məlumata görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 175,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib.

Məlumata görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında bildirilib.

Qeyd olunur ki, SOCAR-ın qeyri-neft məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 68,6 milyon dollar və ya 28,1 faiz azalıb.

Bununla yanaşı, Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ümumi ixracı ilin ilk 7 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,3 faiz artaraq 2,5 milyard ABŞ dollarına çatıb.

Xəbəri paylaş Dostlarınıza göndərin