Yeni xəbərlər burada görünəcək.

Sosial mediada əxlaqsızlığa cəza

"Leqal xəbər" bildirirki İnternet informasiya ehtiyatlarında və informasiya-telekommunikasiya şəbəkələrində ictimai mənəviyyatı təhqir edən paylaşımlar edən şəxslər məsuliyyətə cəlb oluna bilər. Bu barədə İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsində qeyd olunub. Qanunvericiliyə

9 baxış 3 dəq

"Leqal xəbər" bildirirki İnternet informasiya ehtiyatlarında və informasiya-telekommunikasiya şəbəkələrində ictimai mənəviyyatı təhqir edən paylaşımlar edən şəxslər məsuliyyətə cəlb oluna bilər. Bu barədə İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsində qeyd olunub. Qanunvericiliyə əsasən, sosial şəbəkələrdə cəmiyyətə açıq hörmətsizlik ifadə edən, əxlaqsız söz və jestlərdən istifadə edən və ya insan bədəninin hissələrini milli-mənəvi dəyərlərə zidd formada nümayiş etdirən şəxslər cərimələnə bilər. Belə hallarda pozuntu törədən şəxs 500 manatdan 1000 manatadək cərimə ilə üzləşə bilər. Əgər tətbiq edilən tədbirlər kifayət hesab olunmazsa, həmin şəxs barəsində bir ayadək inzibati həbs də tətbiq oluna bilər. Qeyd olunur ki, bu tədbirlər internet məkanında ictimai qaydanın və mənəvi dəyərlərin qorunması məqsədilə tətbiq edilir.




Xəbəri paylaş Dostlarınıza göndərin