Yeni xəbərlər burada görünəcək.

“Sovetski” ərazisində 27 yaşlı şəxsin meyiti tapıldı

Bakının Yasamal rayonunda 27 yaşlı şəxsin meyiti aşkarlanıb. Hadisə sentyabrın 30-da günorta saatlarında Mustafa Sübhi küçəsində, “Sovetski” kimi tanınan ərazidə qeydə alınıb. Məlumata görə, ərazidə meyiti aşkarlanan şəxsin Hacıqabul rayon sakini, 1999-cu il təvəllüdlü Mirzə Rzayev olduğu müəyyən

6 baxış 3 dəq

Bakının Yasamal rayonunda 27 yaşlı şəxsin meyiti aşkarlanıb.

Hadisə sentyabrın 30-da günorta saatlarında Mustafa Sübhi küçəsində, “Sovetski” kimi tanınan ərazidə qeydə alınıb.

Məlumata görə, ərazidə meyiti aşkarlanan şəxsin Hacıqabul rayon sakini, 1999-cu il təvəllüdlü Mirzə Rzayev olduğu müəyyən edilib.

İlkin məlumata əsasən, mərhumun bədənində zorakılıq əlamətləri aşkar olunmayıb.

Faktla bağlı araşdırma başlanılıb. Ölümün səbəbi və hadisənin digər halları araşdırma nəticəsində müəyyənləşdiriləcək.

Xəbəri paylaş Dostlarınıza göndərin