İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Soyuq hava qocalmanı ləngidə bilər? - Alimlər yeni mexanizm aşkarladılar

Köln Universitetinin alimləri mülayim soyuğun ömrü uzada biləcəyini göstərən bioloji mexanizmi müəyyən ediblər. Leqal Xəbər məlumat verir ki, tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub. Tədqiqatçılar "Caenorhabditis elegans" növünə aid nematod qurdları üzərində

10 baxış 3 dəq
Soyuq hava qocalmanı ləngidə bilər? - Alimlər yeni mexanizm aşkarladılar

Köln Universitetinin alimləri mülayim soyuğun ömrü uzada biləcəyini göstərən bioloji mexanizmi müəyyən ediblər.

Leqal Xəbər məlumat verir ki, tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub.

Tədqiqatçılar "Caenorhabditis elegans" növünə aid nematod qurdları üzərində araşdırma aparıblar. Onlar müəyyən ediblər ki, mülayim aşağı temperatur (15°C) bu canlıların əzələlərində CAT-4 fermentinin istehsalını stimullaşdırır. Həmin ferment dihidrobiopterinin (BH2) əmələ gəlməsində iştirak edir.

Daha sonra BH2 bağırsaq və sinir sistemi də daxil olmaqla, digər toxumalara keçir və orada tetrahidrobiopterinə (BH4) çevrilir. Bu maddə tirozin amin turşusunun sintezində iştirak edən fermentin fəaliyyəti üçün vacibdir. Alimlər müəyyən ediblər ki, bu bioloji mexanizmin pozulması soyuğun ömrü uzatmaq təsirini azaldır.

Bununla yanaşı, tədqiqatçılar əzələlərdə BH2 istehsalının artırılmasının hətta normal və ya yüksək temperatur şəraitində də ömrü uzatdığını aşkar ediblər.

İnsan hüceyrələri üzərində aparılan ayrıca təcrübələrdə isə BH2 və ya tirozin əlavə edilməsinin Hantinqton xəstəliyi və amiotrofik lateral sklerozla əlaqəli dəyişilmiş zülalların toplanmasını azaltdığı müəyyən edilib.

Bununla belə, alimlər vurğulayırlar ki, tədqiqat insanların ömrünün uzadılmasının mümkünlüyünü sübut etmir və soyuqla bağlı prosedurların effektivliyini təsdiqləmir.

Xəbəri paylaş Dostlarınıza göndərin