Yeni xəbərlər burada görünəcək.

“Space” televiziyasında yeni təyinat

Leqal xəbər məlumat verir ki, “Space” televiziyasında kadr dəyişikliyi baş verib. Məlumata görə, televiziya rəhbəri Vado Korovinin əmri ilə Pərvin İsmayılova “Hər gün” xəbərlər departamentinin direktoru vəzifəsinə təyin olunub. Qeyd edək ki, Pərvin İsmayılova daha əvvəl müxtəlif qəzetlərdə müxbir

12 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, “Space” televiziyasında kadr dəyişikliyi baş verib. Məlumata görə, televiziya rəhbəri Vado Korovinin əmri ilə Pərvin İsmayılova “Hər gün” xəbərlər departamentinin direktoru vəzifəsinə təyin olunub. Qeyd edək ki, Pərvin İsmayılova daha əvvəl müxtəlif qəzetlərdə müxbir və redaktor kimi fəaliyyət göstərib. O, həmçinin “Space” televiziyasında səhər departamentinin rəhbəri, xəbərlər departamentində müxbir və direktor müavini vəzifələrində çalışıb. Məlumat “Space” televiziyası tərəfindən də təsdiqlənib.

Xəbəri paylaş Dostlarınıza göndərin