İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Sərhəd komendantlığı xidməti istifadəyə verilib

“Bum” sərhəd komendantlığı xidməti istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçuların xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə verdiyi tapşırıqların icrası uğurla davam etdirilir. Bu

6 baxış 3 dəq
Sərhəd komendantlığı xidməti istifadəyə verilib

“Bum” sərhəd komendantlığı xidməti istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçuların xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə verdiyi tapşırıqların icrası uğurla davam etdirilir. Bu barədə DSX-dən Leqal Xəbər-ə məlumat daxil olub.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində əsaslı təmir olunan “Bum” sərhəd komendantlığı şəxsi heyətin istifadəsinə verilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunmasına, sərhəd infrastrukturunun müasirləşdirilməsinə göstərdiyi xüsusi diqqət və qayğını vurğulayan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev bu istiqamətdə həyata keçirilən tədbirlərin ardıcıl və sistemli xarakter daşıdığını bildirilib.

Qeyd olunmuşdur ki, ölkəmizin sərhəd təhlükəsizliyinin daha da gücləndirilməsi, sərhəd mühafizəsinin müasir çağırışlara uyğun təşkili, hərbi hissə və bölmələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Müasir sərhəd infrastrukturunun formalaşdırılması sərhəd mühafizəsinin keyfiyyətinin yüksəldilməsinə, bölmələrin fəaliyyətinin səmərəliliyinin artırılmasına və qarşıya qoyulan tapşırıqların daha çevik icrasına xidmət edir.

“Bum” sərhəd komendantlığının istifadəyə verilməsi “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsinin daha səmərəli təşkil olunması, xidməti vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi və bölmələrin fəaliyyətinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

Mərasimdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi sərhəd komendantlığının inzibati binasına baxış keçirmiş, burada yaradılmış şəraitlə tanış olmuş, şəxsi heyətlə birgə nahar edib.

Xəbəri paylaş Dostlarınıza göndərin