Yeni xəbərlər burada görünəcək.

SƏRHƏD TƏHLÜKƏSİZLİYİ MÜZAKİRƏ OLUNDU

Leqal Xəbər məlumat verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev iranlı generalla görüş keçirib. Görüş zamanı Azərbaycan-İran dövlət sərhədində mövcud vəziyyət, sərhəd təhlükəsizliyi və işğaldan azad edilmiş ərazilərdə yerləşən dövlət sərhədinin mühafizəsi ilə bağlı məsələlər müzakirə

6 baxış 3 dəq
Leqal Xəbər məlumat verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev iranlı generalla görüş keçirib.
Görüş zamanı Azərbaycan-İran dövlət sərhədində mövcud vəziyyət, sərhəd təhlükəsizliyi və işğaldan azad edilmiş ərazilərdə yerləşən dövlət sərhədinin mühafizəsi ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər sərhəd xidmətləri arasında əməkdaşlığın inkişafı, qarşılıqlı məlumat mübadiləsi və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunmasının və ikitərəfli əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Xəbəri paylaş Dostlarınıza göndərin