Yeni xəbərlər burada görünəcək.

SƏRNİŞİN TƏYYARƏDƏN YERƏ TULLANDI

Leqal xəbər məlumat verir ki, Hindistanın Çennai şəhərində beynəlxalq hava limanında qeyri-adi hadisə baş verib. Təyyarə eniş etdikdən sonra hərəkətdə olarkən sərnişin qapını açaraq göyərtədən yerə tullanıb. Məlumata görə, hadisə “Air Arabia” aviaşirkətinin reysində qeydə alınıb. Sərnişin enişdən

7 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Hindistanın Çennai şəhərində beynəlxalq hava limanında qeyri-adi hadisə baş verib. Təyyarə eniş etdikdən sonra hərəkətdə olarkən sərnişin qapını açaraq göyərtədən yerə tullanıb.

Məlumata görə, hadisə “Air Arabia” aviaşirkətinin reysində qeydə alınıb. Sərnişin enişdən qısa müddət sonra qəza çıxışını açaraq uçuş-enmə zolağına düşüb.

Hadisədən sonra hava limanında əsas zolaq müvəqqəti bağlanıb, bəzi reyslər başqa hava limanlarına yönləndirilib və uçuş cədvəlində gecikmələr yaranıb.

Sərnişinin 29 yaşlı şəxs olduğu bildirilir. Onun bu addımı psixoloji vəziyyəti ilə əlaqələndirdiyi qeyd olunur. Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş Dostlarınıza göndərin