Yeni xəbərlər burada görünəcək.

SSRİ bayrağı 80 min dollara satıldı

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə hərrac evinin rəsmi saytında məlumat dərc olunub. Məlumata görə, lot amerikalı astronavt Bazz Oldrinin ailəsi tərəfindən satışa çıxarılıb və onun ilkin dəyəri 7-10 min ABŞ dolları arasında qiymətləndirilib. Bayraqla birlikdə onun mənşəyini təsdiqləyən və

5 baxış 3 dəq

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə hərrac evinin rəsmi saytında məlumat dərc olunub.

Məlumata görə, lot amerikalı astronavt Bazz Oldrinin ailəsi tərəfindən satışa çıxarılıb və onun ilkin dəyəri 7-10 min ABŞ dolları arasında qiymətləndirilib. Bayraqla birlikdə onun mənşəyini təsdiqləyən və astronavt tərəfindən imzalanmış məktub da təqdim olunur.

Lotun təsvirində qeyd edilir ki, 4x6 düym ölçüsündə qırmızı-sarı SSRİ bayrağı 1969-cu ilin iyulunda həyata keçirilən tarixi "Apollon-11" ekspedisiyası zamanı "Columbia" komanda modulunun göyərtəsində olub. Oldrin bayrağın üzərinə "Apollo XI ilə Aya uçub" sözlərini yazıb.

Astronavt bildirib ki, sovet bayrağını xoşməramlı jest kimi və Aya enişin yalnız ABŞ-nin deyil, bütün bəşəriyyətin nailiyyəti olduğunu simvolizə etmək məqsədilə özü ilə aparıb. Onun şəxsi əşyaları arasında ABŞ bayrağı ilə yanaşı, Texas və Nyu-Cersi ştatlarının, həmçinin SSRİ-nin bayraqları da yer alıb.

Xatırladaq ki, 1969-cu il iyulun 20-də amerikalı astronavtlar Nil Armstronq və Bazz Oldrin "Apollon-11" missiyası çərçivəsində Ayın səthinə ayaq basaraq bəşər tarixində ilk belə nailiyyətə imza atıblar.

Xəbəri paylaş Dostlarınıza göndərin