Yeni xəbərlər burada görünəcək.

Su basdı – hərəkət iflic oldu

Leqal xəbər məlumat verir ki, Sabunçu rayonunda yağan güclü yağış nəticəsində körpünün alt hissəsini su basıb. Nəticədə ərazidə nəqliyyatın hərəkəti tam dayanıb. Hadisə səbəbindən avtomobillər uzun tıxacda qalıb, sürücülər alternativ marşrutlara yönəlmək məcburiyyətində qalıb. Əraziyə texnika və

16 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Sabunçu rayonunda yağan güclü yağış nəticəsində körpünün alt hissəsini su basıb. Nəticədə ərazidə nəqliyyatın hərəkəti tam dayanıb. Hadisə səbəbindən avtomobillər uzun tıxacda qalıb, sürücülər alternativ marşrutlara yönəlmək məcburiyyətində qalıb. Əraziyə texnika və aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda suyun çəkilməsi və yolun yenidən istifadəyə verilməsi istiqamətində işlər aparılır. Sürücülərə ehtiyatlı olmaq və həmin istiqamətdən istifadə etməmək tövsiyə olunur.





Xəbəri paylaş Dostlarınıza göndərin