Leqal xəbər məlumat verir ki, Saatlı rayonu ərazisində yerləşən Nərimankənd kəndindən keçən su kanalında silah aşkarlanıb.
Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, əraziyə baxış keçirilən zaman kanaldan 2 ədəd avtomat tapılaraq götürülüb. Tapılan silahlar müvafiq qaydada ekspertizaya təqdim edilib.
Hadisənin başvermə şəraiti və silahların həmin əraziyə necə düşməsi ilə bağlı araşdırma aparılır.
