Yeni xəbərlər burada görünəcək.

SUBBAKALAVRLAR ÜÇÜN QEYDİYYAT BAŞLADI

Leqal xəbər məlumat verir ki, Ali məktəblərə qəbul olmaq istəyən subbakalavrların qeydiyyat prosesi başlayıb. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, elektron ərizələrin qəbulu 2 avqust 2026-cı il tarixinədək internet vasitəsilə aparılacaq. Namizədlər DİM-in rəsmi saytında “Şəxsi kabinet”

11 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Ali məktəblərə qəbul olmaq istəyən subbakalavrların qeydiyyat prosesi başlayıb.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, elektron ərizələrin qəbulu 2 avqust 2026-cı il tarixinədək internet vasitəsilə aparılacaq.

Namizədlər DİM-in rəsmi saytında “Şəxsi kabinet” yaradaraq və ya mövcud hesabları ilə daxil olaraq “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq etməlidirlər. Təhsil məlumatları “Tələbə-Məzun” sistemi üzərindən avtomatik əldə olunur.

Məlumatları sistemdə olmayan şəxslər isə ərizəni doldurduqdan sonra məlumatların aidiyyəti təhsil müəssisələri tərəfindən sistemə daxil edilməsi təmin olunacaq.

Xəbəri paylaş Dostlarınıza göndərin