Yeni xəbərlər burada görünəcək.

SƏUDİ ƏRƏBİSTANI LİQASINDA OYUNDAN SONRA GƏRGİNLİK YAŞANIB

Leqal xəbər məlumat verir ki, Səudiyyə Ərəbistanı Liqasında keçirilən oyundan sonra tribunada insident baş verib. Məlumata görə, “Al-Nassr” komandasının 1:1 hesablı heç-heçəsindən sonra azarkeşlər arasında gərgin anlar yaşanıb. Bildirilir ki, nəticədən narazı qalan “Al Hilal” azarkeşləri ərəb

7 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Səudiyyə Ərəbistanı Liqasında keçirilən oyundan sonra tribunada insident baş verib. Məlumata görə, “Al-Nassr” komandasının 1:1 hesablı heç-heçəsindən sonra azarkeşlər arasında gərgin anlar yaşanıb.
Bildirilir ki, nəticədən narazı qalan “Al Hilal” azarkeşləri ərəb şeyxlərinin olduğu lojaya müxtəlif əşyalar atıblar. Qarşı tərəfdə olan şəxslər də buna reaksiya verərək əllərinə çubuqlar alıblar.
Hadisənin daha da böyüməsinin qarşısını loja ilə tribunalardakı şüşə maneə alıb. Təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra vəziyyət nəzarətə götürülüb.
Qeyd edək ki, bu nəticədən sonra “Al-Nassr”ın çempionluq şansının daha da azaldığı bildirilir.
Xəbəri paylaş Dostlarınıza göndərin